ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

183 MÜSƏLMANLARIN CƏMİYYƏT İÇİNDƏKİ VƏZİFƏLƏRİ 1. Qonşu haqqına riayət. Ailə və qohum-əqrabalarımızdan sonra bizə ən yaxın olan qonşularımızdır. Qonşu haqqına son dərəcə riayət etməli, əlimiz, dilimiz və digər davranışlarımızla onları qətiyyən narahat etməməliyik. Çünki Peyğəmbər Əfəndimiz (s.a.v): “Mənə Cəbrail qonşu haqqı ba- rəsində o qədər çox tövsiyələr etdi ki, az qala qonşunu qonşunun malına varis edəcəyini hesab etdim”, - buyurmuşlar. 2. Qonağa qarşı vəzifələrimiz. Peyğəmbər Əfəndimiz (s.a.v): “Hər kim Allaha və axirət gününə iman gətirərsə, qonağa hörmət etsin”, - buyurmuşdur. Qonaq gəldiyi yerdə bərəkət və bolluğa səbəb olur. Bir hədisi-şərifində də: “Qonaq gəldiyi evə on payı ilə gələr. Birini yeyər, doqquzu orada qalar”, - buyurmuşdur. Evləri uyğun olan və imkanlı müsəlmanla- rın İslami dəyərlərə riayət edərək qonağa hörmət etmələri çox mühüm vəzifələrdəndir. 3. Digər vəzifələrimiz. a) Başqalarının haqlarını tanımaq və heç kimsəyə zərər verməmək, namus və mülkiyyət haqlarına riayət etmək; b) Yaxşılıq etmək, heç kəsə paxıllıq etməmək; c) Başqalarına istehza etməmək; d) Başqalarının ayıblarını ortaya çıxarmamaq.

RkJQdWJsaXNoZXIy NTY0MzU=