ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
182 СİHAD Cihad, sırf Allahu Təalanın dinini yaymaq üçün edilən cəhdlərdir. Müsəlmanlar hər gün yerinə yetirməklə mükəlləf olduqları ibadət vəzifələri ilə yanaşı, ayrıca ci- hadla da vəzifəlidirlər. Hər müsəlmanın bidət və batillərlə mücadələ etməsi, imanı və əxlaqı gəmirən şər cərəyanların ortadan qaldı- rılması üçün malı, canı və bütün varlığı ilə çalışması əsas vəzifədir. Cihad ilayi-kəlimətullah üçün edilir. Yəni kəlmə- yi-tövhidin nurunu yaymaq, bu nurla şərəflənənlərin ima- nını küfrdən qorumaq, bu nurla şərəflənməyənlərə də bu nuru aşılamaq üçün edilir. Haqq və batil müxtəlif şəkil və surətdə daim mücadələ halında olduqlarına görə cihad da hər yerdə, hər zaman qiyamətə qədər olacaqdır. Cihadın bu şəkli zahiri olanıdır. Bir də batini cihad vardır ki, bu da insanın öz vücudundakı nəfsə qarşı etdiyi cihaddır. Bu isə cihadların ən böyüyüdür. Peyğəmbər Əfəndimizin (s.a.v) cihadın əhəmiyyətini bildirən mübarək hədislərindən: “Bir kimsəAllah yolunda cihad etmədən və könlündən cihad etməyi keçirmədən ölərsə, bir növ nifaq üzrə ölər”. Bundan Allaha sığınırıq. “Cihad qadın və kişi hər müsəlmana fərzdir”.
RkJQdWJsaXNoZXIy NTY0MzU=