ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
181 Yəni zahirdə insana ləzzət verən nə varsa, onların hamısından fərəhlənib və qüvvətlənib sultani ruha qa- lib gəlir. Sultani ruhun zövqü zikr, fikir, ibadət, Allahın əmrlərinə itaət və qadağanlarından çəkinməkdir. Sultani ruh məhz bunları etməklə heyvani ruha qalib gəlir. Yuxarıda izah edildiyi kimi bunlar vücudda hökm edərlər. Birinin sifəti digərinin sifətinə zidd olduğu üçün daim bir-birləri ilə müharibə və mücadələ edirlər. Hey- vani ruhun əsli “əmmarə bi’s-su’”dur, yəni mübaliğə və şiddətlə pisliyi əmr edicidir. Ona “nəfs” adı verilir. Bu sifət Allahu Təalanın сəlal sifətinin təzahürüdür ki, daim Haqqın rizasına zidd şeylərdən ləzzət alır və qüvvətlənir. Sultani ruhun əsli sifəti-safiyyədir. Ona sifəti-insan adı verilir (insan bu sifətə sahib olduğu zaman kamil in- san olur). Bu sifət Allahu Təalanın сamal sifətinin təza- hürüdür ki, daim Allahu Təalanın rizasındadır və Ondan bir addım ayrılmaq istəməz. Buna görə də bu iki sifət bir-birinə tamamilə zidd olub bədən ölkəsində müharibə edirlər. Məsələn: Bir vücudda sultani ruh heyvani ruha qalib gəlməyib heyvani ruh öz halına buraxılarsa, əmmarə sifə- tində qalır. Vaxt keçdikcə heyvani ruh sultani ruha qalib gəlir ki, o kimsə heyvan kimidir. Əslində, daha alçaq olub “xasirə’d-dünya və’l-axirəh” (dünya və axirəti ziyanda) qalır. Amma sultani ruh heyvani ruhu öz halına burax- mayıb, hər an müсahədə və müharibə edərsə, o zaman heyvani ruhu istər-istəməz özünə bağlamış, hər əmrinə itaət etdirərək İlahi əmri yerinə yetirmiş olur. Bu kimsələ- rin qurtulaсağı ümid edilir, lakin yenə də yıxılmasından qorxulur, çünki nəfsin hiyləsi çoxdur”.
RkJQdWJsaXNoZXIy NTY0MzU=