ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

178 GÜNAH XƏSTƏLİYİNDƏN XİLAS OLMAĞIN ƏLACI: TÖVBƏ VƏ İSTİĞFAR Maddi kirləri sabun və su təmizlədiyi kimi qəlbi qa- raldan, insanı cəhənnəmlik edən mənəvi xəstəlik və kirlə- ri də tövbə, istiğfar və Alahdan qorxaraq gözlərdən axıdı- lan peşmanlıq yaşları təmizləyir. İnsan doğuşdan çox təmiz və gözəl yaradılmışdır. Peyğəmbər Əfəndimiz (s.a.v) insan qəlbinin fitrətən güz- gü kimi təmiz yaradıldığını bildirmişdir. İnsan bu qəlbi şübhə, vəsvəsə, fitnə, fəsad, kin, intiqam və həsəd kimi zülmani hislərlə qaraldarsa, deməli, o insan qorxunc bir xəstəliyə tutulmuşdur. Bu xəstəlikdən xilas ola bilməzsə - Allah qorusun- gedəcəyi yer cəhənnəmdir. Bu xəstəlik- dən xilas olmağın çarəsi də tövbə və istiğfar etmək, ayrıca qəlbindən pis niyyət və hisləri ataraq peşmanlıq göz yaş- ları axıtmaqdır. İnsan günah kirlərindən təmizlənmək üçün tövbə və is- tiğfara davam etməlidir. Xüsusilə də, gecə yarısı və səhər vaxtlarında namaz qılaraq, salavatı-şərifə oxuyaraq və dua- lar edərək Allahu Təaladan əfv və məğfirət diləməlidir. ÜMİDSİZLİK DOĞRU DEYİLDİR “Mən bu qədər xeyirli işlər gördüm, artıq cənnəti qazandım” kimi inanс və düşünсə içində olaraq, özünü Allahın qəzəbindən arxayın hiss etmək küfrdür. Yenə, “mən bu qədər günahlar işlədim, cəhənnəmi haqq etdim, mənə qurtuluş yoxdur” kimi bir ümidsizlik içində olmaq

RkJQdWJsaXNoZXIy NTY0MzU=