ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
176 ƏQİQƏ QURBANI Yeni doğulan uşaq üçün Allahu Təalaya şükür olaraq kəsilən qurbana “Əqiqə qurbanı” deyilir. Əqiqə qurbanı kəsmək müstəhabdır. Doğulduğu gündən etibarən hər za- man kəsilə bilər. Yeddinci günü kəsmək daha fəzilətlidir. Doğumun yeddinci günü uşağın saçları qırxılır və saçların ağırlığı qədər qızıl və ya gümüş sədəqə verilərək qurbanı kəsilir. Oğlan və qız uşağının hər biri üçün bir qurban kəsilir. Oğlan üçün iki qurban kəsilməsini söy- ləyən alimlər də vardır. Qurbana əlverişli olan hər heyvan Əqiqə üçün kəsilə bilər. Əqiqə qurbanının sümükləri uşağın sağlamlıq və salamatlığına bir xeyir diləyi olsun deyə, qırılmayıb bu- ğumlarından ayrıla bilər və ya uşağın təvazökar olmasına və pis xasiyyətlərdən qorunmasına bir təmənni olsun deyə də, qırıla bilər. İkisi də müstəhab görülmüşdür. Əqiqəqurbanınınətindənsahibi yeyəbilər, başqalarına da yedirə bilər. Ətin bir hissəsini, hamısını və ya qurbanın özünü bağışlaya bilər.
RkJQdWJsaXNoZXIy NTY0MzU=