ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

175 Qurban, kəsənin öz nəfsinə bədəl (qarşılıq) olaraq kə- silir. Allah rizası üçün xalis bir niyyətlə kəsilən qurbanın axan ilk qanı ilə birlikdə qurban kəsən möminin günahla- rının bağışlanacağı bildirilmişdir. QURBANIN KƏSİLMƏ VAXTI Qurbanın kəsilmə vaxtı: Qurban bayramının birinci, ikinci və üçüncü günüdür. Ancaq birinci gün kəsmək daha fəzilətlidir. QURBANIN KƏSİLMƏ ŞƏKLİ VƏ NİYYƏT Qurbanlıq heyvan incidilmədən qibləyə tərəf yatırdı- lır. Üç dəfə: “Allâhu əkbər, Allâhu əkbər, lə̃ ilə̂hə illəllâhu vallâhu əkbər, Allâhu əkbər və lillə̂hi’l-hamd” deyə təkbir alınır və belə niyyət edilir: “Ya Rəbbi! Bu vücudum Sənə qarşı o qədər xəta iş- lədi, o qədər üsyan etdi ki, bağışlana bilməyim üçün bu vücudu Sənə qurban etməm lazım gəlir. Lakin Sən şəriə- tinlə insan qurban etməyi haram etdiyin üçün vücudu- mun əvəzində bu heyvanı kəsirəm, qəbul eylə ya Rəbbi! Bismillə̂hi Allâhu əkbər”, - deyib qurban kəsilir. Ən yaxşısı insanın qurbanını özünün kəsməsidir. An- caq kəsə bilməyən bir müsəlmanı vəkil təyin edib yanında durmalıdır. Qurbanın əti üç yerə bölünür. Bir hissəsi öz ailəsinə nəfəqə, ikinci hissəsi dost və yaxınlara ziyafət, üçüncü hissəsi də kasıblara sədəqə olaraq verilir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=