ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
172 ÖŞÜR Öşür: Ərazi məhsullarının zəkatı olub, çıxan məhsul- dan onda birini verməkdir. Əgər ərazi pul ilə sulanırsa, iyirmidə biri verilir. Ərazi məhsulları: buğda, arpa, düyü, darı, qarpız, xiyar, badımcan, yonca, zeytun, küncüt, bal, qüdrət halvası (Ağ göyrüş ağacının torba şəklində və içi maye dolu yerini kəsdikdə çıxan maye), şəkər qamışı və meyvələr kimi məhsullardır. Azərbaycanda ərazilər kup- çalı və sahibli olduğu üçün Azərbaycan ərazisi öşür əra- zisidir. Əkinçiliklə məşğul olan müsəlmanların öşürlərini mütləq vermələri lazımdır. ZƏKATIN VERİLƏCƏYİ YERLƏR: Tövbə surəsinin 60-cı ayəsində açıqlanmışdır. 1. (Nisaba sahib olmayan) kasıblar. 2. (Heç bir şeyi olmayan) miskinlər. 3. Zəkat toplama məmurları. 4. Müəlləfəyi-qulub. 5. Köləlikdən qurtulacaq kimsələr. 6. (Borcunun əvəzində malı olmayan) borclular. 7. (Fi səbililləh) Allah yolunda olanlar. 8. (Pulu qurtarıb) yolda qalmışlar. Zəkat bu səkkiz yerdən hər hansı birinə verilə bilər. Lakin verilməsi ən fəzilətli yer heç bir şeyi olmayan miskinlər və Allah yolundakılardır.
RkJQdWJsaXNoZXIy NTY0MzU=