ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

171 ZƏKAT Zəkat - illik mal ilə olan bir ibadət olub,Allahu Təa- lanın rizası üçün zəngin müsəlmanların hər il mallarından qırxda birini Qurani-Kərimdə bildirilən səkkiz sinifdən birinə tamamilə vermələrindən ibarətdir. Zəkatın fərz olmasının şərti: Həddi-büluğ (yeniyet- mə), ağıllı, azad olan və borcu olmayan müsəlmanın əsl ehtiyaclarından əlavə olaraq, üstündən bir il keçən nisab miqdarı mala sahib olmasıdır. Nisab miqdarı malda ayrıca nəma (artma, çoxalma) da şərtdir. Qızıl və gümüş çoxal- masa da, nisab miqdarına çatdıqda zəkatları verilir. Nisab: Zəkatın vacib olması üçün dinin qoyduğu bir ölçüdür. Adamın əsl ehtiyacından və borcundan başqa 20 misqal (80,18 qram) qızıl və ya bunun dəyərində pul və ticarət malına sahib olmasıdır. Əsl ehtiyac: Ev və ev üçün lazımlı əşyalar, paltarlar, alətlər, kitablar, minik (at və ya maşın) və ərzaqdır. Pulun hər 40 manatından bir manatı zəkat olaraq veriləcəkdir. Canlı heyvanların zəkatı: Qoyunda qırxda bir, dəvədə beş dəvəyə bir qoyun, qaramalda otuzda bir danadır. Mədənlər də zəkata tabedir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=