ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

170 müddət qalmaqdan ibarətdir. Etikaf vacib, sünnəti-müək- kədə və müstəhab olmaq üzrə üç qisimdir. Nəzir olunan etikaf vacibdir. Ramazanı-Şərifin son on günündə icra edilən bir etikaf kifayət yolu ilə sünnəti- müəkkədədir. Başqa zamanda ibadət və itaət məqsədi ilə bir məsciddə bir müddət icra edilən etikaf da müstəhabdır. Etikafın şərtləri: Etikafa girən kimsə müsəlman və ağıllı olmalı, cünub, heyz və nifas olmamalı, etikafa niy- yət etməlidir. Etikaf bir məsciddə və ya məscid hökmün- də olan bir yerdə yerinə yetirilməlidir. Vacib olan bir eti- kafda oruclu olmaq lazımdır. Qadınlar üçün öz evlərində məscid olaraq istifadə et- dikləri yerlər bir məscid hökmündədir. Etikaflının məsciddən bir üzrü olmadan çıxması və ya xanımı ilə münasibətdə olması etikafını pozar. Etikaflının dini, bəşəri və ya zəruri bir ehtiyacdan ötrü məsciddən çölə çıxması etikafı pozmaz. Cümə namazını qılmaq üçün ən yaxın bir məscidə getməsi kimi. FİTR SƏDƏQƏSİ (FİTRƏ) Ramazan ayında verilməsi vaсib olan bir sədəqədir. Nisaba malik olan hər bir müsəlmana vaсibdir. Fitr sədəqəsinin vaсib olmasının şərtləri: Müsəlman olmaq, azad olmaq və əsl ehtiyaсlardan əlavə olaraq nisab miqdarı mala sahib olmaqdır. Zəkatda olduğu kimi bu malın nami (çoxalıb arta bilən) olması və üstündən bir il keçməsi şərt deyildir. Zəkatın verildiyi yerlərə fitr sədəqəsi də verilə bilər. Vaсib olmasının vaxtı: Ramazan bayramı günü dan yerinin ağarması ilə Bayram namazından çıxma zamanı- na qədərdir. Vaxtından əvvəl verilməsi də caizdir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=