ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

169 5. Həcəmət olmaq. 6. Ağıza gələn bəlğəmi udmaq. 7. Buruna enən axıntını udmaq. 8. Qulağa su getməsi. 9. Dişlərin arasında qalan noxuddan kiçik bir şeyi yemək. 10. Özündən asılı olmayaraq (çox olsa belə) qusmaq. 11. Sürmə çəkmək. 12. Qeybət etmək. 13. Gözə dərman damızdırmaq. TƏRAVİH NAMAZI T əravih namazı Ramazan ayının sünnətidir. Kişi və qadın üçün sünnəti-müəkkədə olub iyirmi rükətdir. Camaatla qılmaq sünnətdir, təkbaşına da qılına bilər. İşa namazından sonra, vitr namazından əvvəl qılınır. İki və ya dörd rükətdə bir salam verilir. Hər salamdan son- ra bir az oturmaq sünnətdir. Bu əsnada salavatı-şərifə, sa- latı-ümmiyyə, 36 ayə və ya dualar oxunur. Ayağa qalxarkən “Allâhummə salli alə̂ seyyidinə̂ Muhammədin və alə̂ ə̂li seyyidinə̂ Muhamməd” oxunur. Təravih namazı qıldıran imam camaatda Şafi məzhə- bindən olan varsa, iki rükətdə bir salam verər. ETİKAF Etikaf, camaatla namaz qılınan bir məsciddə və ya məscid hökmündə olan bir yerdə etikaf niyyəti ilə bir 36 “Allâhummə salli alə̂ seyyidinə̂ Muhammədini’n-Nəbiyyi’l- ummiyyî və alə̂ ə̂lihî və sahbihî və səllim”.

RkJQdWJsaXNoZXIy NTY0MzU=