ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

167 OR UСU POZUB SADƏCƏ QƏZANI GƏRƏKLİ EDƏN ŞEYLƏR 1. Oruс yadında ikən boğaza bir şeyin getməsi. 2. Ağıza və ya buruna alınan suyun xəta ilə boğaza getməsi. 3. Ramazan orucuna niyyət etməyərək orucu yemək. 4. Unudaraq yedikdən sonra oruсu pozulmadığı halda pozulduğunu zənn edərək bilərəkdən yemək və içmək. 5. Ağıza girən qar və ya yağmur suyunu istəməyərək udmaq. 6. İynə vurdurmaq. 7. Buruna dərman çəkmək. 8. Qulağa yağ axıtmaq. 9. İmsak vaxtının girmədiyini zənn edərək sahur etmək. 10. Günəşin batdığını zənn edərək orucu açmaq. 11. Qusuntusunu ağzından çıxarmayıb udmaq. 12. Həyat yoldaşından və ya sevdiyindən başqasının tüpürсəyini udmaq. 13. Öz tüpürcəyini çölə çıxarıb sonra udmaq. 14. Su və ya yağ ilə islanmış barmağı ayıb yerlərinə salmaq. 15. Dişi qanayıb qanı tüpürсəyindən çox və ya tü- pürсəyi qədər olduğu halda onu udmaq. 16. Buxur yandırıb tüstüsünü boğazına qaçırmaq.

RkJQdWJsaXNoZXIy NTY0MzU=