ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

157 Müsafir getdiyi şəhər və ya kənddə ən az 15 gün iqamətə (qalmağa) niyyət edərsə, müsafirlikdən çıxmış olar və namazları tam qılar. 15 gün qalmağa niyyət etmə- diyi halda hər hansı bir səbəblə, “bu gün çıxaram, sabah çıxaram” deyə aylarla, hətta illərlə qalsa, yenə də səfər hökmlərinə tabedir. Müsafir kimsə əsl vətəninə gəldikdə müsafirlikdən çıxmış olar. Əsl vətənində nə qədər az qalsa, yenə də muqim olub tam qılar. Bir kimsə səfərdə qəzaya qalan dörd rükətli fərzləri səfərdə və ya məmləkətinə döndükdə iki rükət olaraq qəza edər. Muqim ikən qəzaya qalmış olan dörd rükətli namaz- ları isə səfərdə də dörd rükət olaraq qəza edər. Vətən üç qisimdir: 1. Vətəni-əsli. 2. Vətəni-iqamət. 3. Vətəni-sükna. Vətəni-əsli: İnsanın doğulduğu və ya evləndiyi yerdir. Orada doğulmamış və ya evlənməmişsə də, yaşamağa niyyət edib ayrılmaq istəmədiyi yerə də vətəni-əsli deyilir. Vətəni-əsli anсaq digər bir vətəni-əsli ilə pozulur. Məsələn: İnsanın doğulub böyüdüyü yer əsl vətəni olduğu halda, başqa bir şəhərdən evlənsə və həyat yoldaşının do- ğulub böyüdüyü yerdə davamlı qalmağa niyyət etsə, özü- nün doğulduğu yer əsl vətən olmaqdan çıxar. Əvvəlki əsl vətənində 15 gündən daha az bir müddət üçün gəlib qalsa, 4 rükətli fərzləri qısaldıb 2 rükət qılar. Çünki Peyğəmbər Əfəndimiz (s.a.v) Mədinədən doğulub böyüdüyü və ev- ləndiyi Məkkə şəhərinə gəldiyi zaman namazlarını qısal- daraq qılmışlar.

RkJQdWJsaXNoZXIy NTY0MzU=