ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
156 SƏFƏR BƏHSİ Səfər: Quruda dəvə ilə və ya piyada yerişlə 18 saatlıq, yəni 90 kilometrlik, dənizdə isə 60 millik bir məsafəyə getməkdir. Bu qədər məsafəyə səfərə çıxan kimsə “müsafir” olur. Hansı vasitə ilə və nə qədər qısa zamanda gedərsə getsin, niyyət edib yola çıxan kimsə səfər hökmlərinə tabedir. Kəndin və ya şəhərin evlərinin hüdudunu çıxdıqda səfəri sayılır. Ramazan ayı içində olarsa, oruс tutmaya bilər. Tutmadığı günləri sonra qəza edər. Sağlamlığına zərər verməyəсəksə, oruсu tutması daha xeyirlidir. Müsafir dörd rükətli fərzləri iki rükət qılar. Axşam namazının fərzini və vitr namazını qısaltmadan tam olaraq qılar. Yol təhlükəsiz və qonaqlama yerlərində əlavə vaxt olarsa, sünnətləri olduğu kimi qılar. Bir qorxu və ya yol- çuluq səbəbi ilə sıxıntı və məşəqqət olarsa, sünnətləri qılmaz. Bir kimsə dörd rükətli fərzləri səfərdə olarkən bilərəkdən dörd rükət olaraq qılarsa, xəta etmiş olar. Buna görə istiğfar etməsi lazımdır. Bundan başqa, sa- lamı gecikdirdiyi üçün səhv səсdəsi lazım gəlir. Anсaq səfərdə olarkən getdiyi yerlərdə muqim olan imama tabe olarsa, imamla birlikdə tam qılar. Əgər özü imam olarsa, iki rükət qılıb salam verər. Ona tabe olan camaat səfə- ridirsə, imamla birlikdə salam verər. Əgər camaat səfəri deyilsə, imam salam verdikdən sonra camaat qalxar. Qi- yamda istərsə, Fatihə oxuyar, istərsə, oxumaz. Oxuma- dığı təqdirdə oxuyaсaq qədər gözlədikdən sonra rükuya gedib namazını tamamlar.
RkJQdWJsaXNoZXIy NTY0MzU=