ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

155 QƏBİRLƏRİ ZİYARƏT Kişi və qadınların qəbirləri ziyarət etməsi məndubdur. Ziyarət zamanı 1 Fatihə, 11 İxlası-Şərif oxunub hədiyyə edilir. Ayrıca, Yasini-Şərif və Əlhakumuttəkasür surələrini də oxumaq müstəhabdır. Oxumaq üçün qəbirlərin üstündə oturmaqda kərahət olmasa da, oxumamaq, üstlərində yatmaq və ya kirləndirmək məkruhdur. Əgər qəbirləri basdalamaq zərurəti varsa, 1 Fatihə, 11 İxlası-Şərif oxu- nub o qəbiristanlıqda yatan müsəlmanların ruhlarına hədiyyə edildikdən sonra basılıb keçilə bilər. Qəbrin üstündəki otları yolmaq və ağaсları kəsmək məkruhdur. Çünki ağaс və otlar yaş qaldığı müddətсə altında yatanların günahlarına kəffarədir. Quruyan ağaсlar kəsilə bilər və otlar yoluna bilər. Ən yaxşısı bundan da çəkinməkdir. Xüsusilə, insan öz evinə aparıb yandırmamağa çox diqqət etməlidir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=