ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

154 QƏBİR SUALI İnsan ölüb qəbrə qoyulduqdan sonra yanına iki mələk gəlib Rəbbindən, dinindən, Peyğəmbərindən və Kitabından sual soruşurlar. Allahu Təala iman, itaət və yaxşı əməl sahiblərinə orada mələklərin sualına сavab verə biləсək bir qüvvət verər. Beləliklə, mələklərin suallarını сavablandırmağa qadir olarlar. Amma kafirlər və üsyan əhli Münkər və Nəkir adlı sual mələklərini gördükdə heybətlərindən tutulub qalar, сavab verə bilməzlər. Mələklər suallarına сavab verə bilən möminləri cən- nətlə müjdələr və o kimsənin qəbri cənnət bağçası olar. Сavab verə bilməyən kafirlərə və günahkarlara isə: “Vay, yazıqlar olsun sənə!” - deyərlər və o kimsənin qəbri cəhənnəm çuxurlarından bir çuxur olar. QƏBİRDƏKİ SUAL VƏ СAVABLAR Rəbbin kimdir? - Rəbbim Allahu Təaladır. Dinin hansıdır? - Dinim İslam dinidir. Peyğəmbərin kimdir? - Peyğəmbərim Muhamməd aleyhissəlamdır. Kitabın hansıdır? - Qurani-Azimuşşan. Qiblən haradır? - Qibləm Kəbəyi-Müəzzəmədir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=