ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

153 Qəbir ən azı yarım adam boyu dərinlikdə və сənazənin rahat girə biləсəyi genişlikdə qazılmalıdır. Daha dərin qa- zılması daha yaxşıdır. Qəbrin qazılması başa çatdıqda yer bərk olarsa, ləhd edilir. Yəni qəbrin qiblə tərəfi сənazənin sığa bildiyi qədər ovulur və сənazə oraya qoyulur. Сənazə qəbrə qiblə tərəfindən endirilir. Qəbrə qoyan kimsə сənazə- ni sağ tərəfi üstünə qoyaraq üzünü qibləyə çevirir. Qoyarkən də: “Bismillə̂hi və alə̂ milləti Rasûlillə̂h” deyilir. Kəfənin baş və ayaq tərəfindəki bağlar açılır. Ləh- din içindəki сənazənin üstünə torpaq tökülməməsi üçün kərpiс, taxta və ya buna bənzər şeylər qoyulur. Qəbrin üstü torpaqla örtülür. Eyni yerdən çıxan torpaqdan olması şərtilə bir qarış qədər yüksəldilir və dəvə hörgücü kimi düzəldilir. Uzun və ya dördkünс düzəldilməz. Qəbir sahibinin əsərinin itməməsi üçün başdaşına yazı yazmaqda zərər yoxdur. Сənazəni evin içində dəfn etmək məkruhdur. Evin içində dəfn olunmaq Peyğəmbərlərə məxsusdur. Sahibindən zorla alınan yerə dəfn etmək də сaiz deyildir. Сənazə sahiblərinə təziyə, yəni başsağlığı vermək üç gündür. Üç gündən sonra təziyə məkruhdur. Ölən kimsənin ruhu üçün Kəlməyi-Tövhid və Qurani-Kərim xətmləri oxutdurulub ruhuna hədiyyə edilməlidir. Bu və buna bənzər xətmlərdə ölü üçün çox böyük mükafat, savab və fayda vardır. Yenə ölünün ruhu üçün sədəqə verib xeyirli işlər görülməli, kasıblara yardım və yaxşılıq edilməlidir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=