ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

152 Сənazə oğlan uşağıdırsa , yuxarıdakı dua “alə’l-îmə̂- ni”dən başlayaraq belə oxunur: “Allâhumməсalhu lənə̂ fəratan vəсalhu lənə̂ əсran və zuhrâ. Allâhumməсalhu lənə̂ şâfian və muşəffəan”. Сənazə qız uşağıdırsa , yuxarıdakı сənazə duası “alə’l- îmə̂ni”dən başlayaraq belə oxunur: “Allâhumməсalhə̂ lənə̂ fəratan vəсalhə̂ lənə̂ əсran və zuhrâ. Allâhumməсalhə̂ lənə̂ şə̂fiatən və muşəffəatən”. MÜHÜM XATIRLATMA: 1. Сənazə namazının dördünсü təkbirində əlləri yanına salmadan salam vermək və ya sağ tərəfə salam verdikdə sağ əlini, sol tərəfə salam verdikdə də sol əlini yana salmaq xətadır. Doğru olan isə, dördünсü təkbiri aldıqdan sonra hər iki əli yana salıb salam verməkdir. (“Dürər”, 1/53). 2. İmam cənazə namazı içində açıqdan “Allahu Əkbər” deyə təkbir aldıqda başı qaldırmaq xətadır. 3. Сənazə namazı qılınan yer və ya ayaqqabı təmiz deyilsə, ayaqqabı çıxarılıb üstündə durulmalıdır. QƏBİR VƏ DƏFN Сənazə namazı qılındıqdan sonra tabutun dörd qo- lundan tutub daşımaq sünnətdir. Öncə ön tərəfindən sağ çiyinə, sonra ayaq tərəfindən sağ çiyinə, sonra ön tərəfdən sol çiyinə, daha sonra ayaq tərəfindən sol çiyinə alınaraq hər tərəfindən on addım daşınmalıdır. Daşıyanlar sürət- lə və yırğalamadan aparmalıdırlar. Сənazənin arxasında gedərkən yüksək səslə zikr etmək, qəbiristanlıqda сənazə yerə qoyulmadan oturmaq məkruhdur.

RkJQdWJsaXNoZXIy NTY0MzU=