ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
150 1. Ölənin müsəlman olması. Müsəlman olduğu bilin- məyən kimsənin cənazə namazı qılınmaz. 2. Ölünün yuyulub təmiz kəfənə sarılmış olması. 3. Ölünün imam və camaatın önündə olması. 4. Ölünün bütün bədəninin və ya bədəninin çox his- səsinin mövcud olması. Əgər bədəninin çoxu yoxdursa və ya başsız olaraq yarısı varsa, namazı qılınmaz və yuyul- maz. Bir parçaya sarılaraq dəfn edilər. СƏNAZƏ NAMAZININ QILINMA ŞƏKLİ Сənazə namazı dörd təkbir və qiyamla əda edilir. Bu namazda səсdə və rüku yoxdur. İmam ölünün sinəsi qarşısında durur, camaat da arxa- sında səf tutur. Camaata ölünün kişi və ya qadın olduğu bildirilir və buna görə niyyət edilir. Yəni: “Allah üçün na- maza, meyit üçün duaya, kişi (və ya qadın) niyyətinə tabe oldum hazır olan imama”, - deyə qəlbən niyyət edib imamın arxasında təkbir alınır. İlk təkbiri alarkən əllər qu- laq səviyyəsinə qədər qaldırılıb göbək altında bağlanılır, Sübhanəkə “və сəllə sənəukə” ilə oxunur. Sonra əllər qaldırılmadan ikinсi bir təkbir alı- nır. İmam bu təkbirləri aşkar, camaat isə gizli alır və “Allahummə salli və Allahummə bərik…” oxunur. Sonra üçüncü təkbir alınıb cənazə duası oxunur. Cənazə duasını bilməyənlər burada “Allahummə innə nəstəinukə...” ni, yəni qunut duasını və ya dua niy- yəti ilə Fatihəyi-şərifəni oxuyarlar. Bundan sonra dördün- cü təkbir alınır. Əllər yan tərəfə buraxılıb salam verilir.
RkJQdWJsaXNoZXIy NTY0MzU=