ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

149 KƏFƏN Kəfən, vəfat edən müsəlmanın sarılıb qəbrə qoyul- duğu parçadır. Kəfən kişilər üçün qamis, izar və lifafədən, qadınlar üçün isə qamis, izar, lifafə, baş örtüsü və sinə üstünə bağlanan parçadan ibarətdir. Kifayət edəcək qədər parça tapılmazsa, kişilər üçün izar və lifafə, qadınlar üçün isə izar, lifafə və baş örtüsü yetərlidir. Bu qədəri də tapılmazsa, cənazə bir parçaya sa- rılıb dəfn edilir. Kəfənin ağ və pambıq parçadan olması fəzilətlidir. СƏNAZƏ NEСƏ KƏFƏNLƏNİR? Cənazə qamis, yəni qolsuz və tikişsiz köynəklə boy- nundan ayağına qədər, İzar ilə də başından ayağına qədər kəfənlənir. Lifafə ilə də başdan ayağa qədər sarılıb dürülür və iki ucu bağlanır. Kəfəndə öncə sol tərəf, sonra sağ tərəf sarılır. Sağ tərəf üstdə olur. Qadınlarda kəfən, bunlardan başqa köynəyin üstünə bir baş örtüsü və bir də sinə örtüsü olmaqla beş qat parçadır. СƏNAZƏ NAMAZI Cənazə namazı vəfat edən din qardaşlarımız haqqında duadan ibarət bir fərzi-kifayədir. Cənazə namazının qılınması üçün aşağıdakılar şərtdir:

RkJQdWJsaXNoZXIy NTY0MzU=