ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
148 CƏNAZƏ BƏHSİ Vəfat etmək üzrə olan bir müsəlman sağ tərəfi üstə yatırılaraq üzü qibləyə döndərilir. Yanında Kəlməyi- Şəhadət gətirilir və Yasin Surəsi oxunur. Vəfat etdikdə bir parça ilə çənəsi başının üstündən bağlanılır. Gözləri bağlanıb əlləri iki tərəfinə uzadılır. Şiş- məməsi üçün qarnının üstünə bir dəmir parçası qoyulur. Yuyulana qədər yanında Qurani-Kərim oxunmaz. Başqa bir otaqda oxuna bilər. Yuyulduğu zaman ayaqları qibləyə gələcək şəkildə ölü yuyulan taxtanın üstünə yatırılır. Övrət yeri açılmadan paltarı çıxarılır və isidilmiş su ilə yuyulur. Vəfat edən namaz qılmaqla mükəlləf biridirsə, yuyan şəxs əlinə bir parça sarıyaraq örtünü açmadan övrət yer- lərini yuyar. Ağzına və burnuna su vermədən dəstəmaz aldırar. Cünub olduğu bilinərsə, ağzına və burnuna da su verilər. Cünub deyilsə, barmağına sarıdığı bir parça ilə dodaqlarının içi, burun deşikləri və göbək çuxuru silinər. Başı və saqqalı sabunlu su ilə yuyular, lakin saçları daranmaz. Bundan sonra yuyan şəxs cənazəni sol tərəfi üstə yatırıb sağ tərəfini, sağ tərəfi üstə yatırıb sol tərəfini yuyar. Sonra beldən yuxarısını qaldırıb özünə söykəyərək qarnını məsh edər. Bir şey çıxarsa, su ilə təmizlər, yeni- dən dəstəmaz aldırmaq lazım gəlməz. Təmiz bir parça ilə qurulayıb kəfənlər.
RkJQdWJsaXNoZXIy NTY0MzU=