ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

146 tərk etmədiyi bir namazdır. Bu da 2 rükətdə bir salamla 6 rükət olaraq təhəссüd vaxtında qılınır. Təhəссüd vaxtı geсə yarısı, yəni zöhrün girdiyi vaxtın ziddi olub imsak vaxtına qədər davam edər. Məsələn: Gündüz zöhr vaxtı saat 12:00-da girərsə, geсə saat 12:00-da təhəссüd vaxtı girir deməkdir. Bu namazların niyyətləri və qılınma şəkilləri “Mübarək gün və geсələrdə edilməsi tövsiyə olunan DUA və İBADƏTLƏR” adlı kitabımızda izah edilmişdir. TƏSBEH NAMAZI Təsbeh namazı tövbənin, istiğfarın ən böyüyü və bü- tün bədənlə edilənidir. Həzrəti Rəsuli-Əkrəm (salləllahu aleyhi və səlləm) möhtərəm əmiləri Həzrəti Abbasa (r.a) belə buyurmuşlar: “Ey əmi! Sənə on xislət xəbər verməklə ikram etmiş olum ki, onu işlədiyin vaxt günahının əvvəli və axırı, ye- nisi və köhnəsi, xəta ilə və ya qəsdən (bilərək) işlənəni, kiçiyi və böyüyü, gizlisi və aşkar olanı məğfirət edilmiş, bağışlanmış olsun... Gücün çatarsa, bu təsbeh namazını hər gün qıl. Hər gün qıla bilməsən, ayda bir dəfə qıl. Onu da qıla bilməsən, ildə bir, onu da qıla bilməsən, ömründə bir dəfə qıl”. TƏSBEH NAMAZININ QILINMA ŞƏKLİ Təsbeh namazı 4 rükətdir. Bu namazda 300 dəfə bu təsbeh oxunur.

RkJQdWJsaXNoZXIy NTY0MzU=