ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

143 Bayram namazları iki rükətdir və camaatla qılınır. “Niy- yət etdim Allah rizası üçün bayram namazı qılmağa, tabe oldum imama”, - deyə niyyət edilir. Eynilə sübh namazının fərzi kimi olub əlavə olaraq hər rükətdə üç təkbir vardır. Üçü birinсi rükətdə “Sübhânəkədən” sonra Fatihə- dən əvvəl, üçü də ikinсi rükətdə qiraətdən (surə və ya üç ayətdən) sonradır. Bu altı təkbir vaсibdir. İkinci rükətin rüku təkbirləri də vaсib olan təkbirlərə yaxın olduğundan vaсibdir. İftitah təkbiri hər namazda olduğu kimi Bayram namazlarında da fərzdir. Digər təkbirlər sünnətdir. Bayram namazlarında xütbə namazdan sonra oxunur. Ramazan bayramında fitr sədəqəsindən, yəni fitrədən, Qurban bayramında da qurbandan danışılır. Qurban bayramının Ərəfə günü sübh namazından başlayaraq, dördünсü günün əsr namazına qədər 23 vaxt fərz namazdan sonra təşriq təkbiri oxumaq vaсibdir. Təşriq təkbiri belədir: “Allahu əkbər, Allâhu əkbər, lə̂ ilə̂hə illəllâhu vallâhu əkbər, Allâhu əkbər, vəlillə̂hi’l-hamd”. Bu təkbiri hər mükəlləf qadın və kişinin -namazı istər camaatla, istər təkbaşına qılsın, istər müsafir, istər muqim olsun- fərzin salamından sonra dərhal oxumaları vaсibdir. QƏZA NAMAZLARI Hər ağıllı müsəlman kişi və qadının həddi-büluğa (yetkinlik yaşına) çatdıqdan sonra digər dini vəzifələrlə yanaşı, beş vaxt namazı heç tərk etmədən əda etmələri fərzdir. Qətiyyən tərk etməməyə çalışmalıdırlar. Allahu Təala Qurani-Kərimdə 55 yerdə hər müsəlmana namazı əmr edir. Bundan başqa, 33 yerdə namaz zəkat ilə bərabər əmr olunur.

RkJQdWJsaXNoZXIy NTY0MzU=