ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
142 Сümə namazına niyyət Əvvəlcə qılınan dörd rükətə “Cümənin ilk sünnətinə” deyə niyyət edilir. Sonra imamla qılınan iki rükət сümə namazının fərzidir. Bundan sonra qılınan dörd rükət cümənin son sünnətidir. Bundan sonra qılınan dörd rükət isə “zöhri-axır”dır. Buna belə niyyət edilir: “Niyyət etdim ədası üzərimə fərz olub hələ üzərimdən düşməyən ən son zöhr namazının fərzini qılmağa”. Beləliklə, əgər şərtlərində bir nöqsanlığa görə o gü- nün сümə namazı qəbul olunmamışsa, zöhr namazı qılın- mış olur. Qəbul olunmuşsa, ən son qəzaya qalmış zöhr namazına sayılır. “Zöhri-axır”dan sonra qılınan iki rükətə: “Vaxtın sün- nətinə”, - deyə niyyət edilir. Cümənin fərzindən sonra bu on rükət qılınmadığı təqdirdə şərtlərində bir nöqsanlıqdan ötrü сümə namazı qəbul olunmamışsa, zöhr namazı üzərinə borс olaraq qalır. Bu səbəblə сümənin fərzindən sonra qılınan bu on rükət qətiyyən tərk edilməməlidir. BAYRAM NAMAZI Сümə namazı fərz olan kimsələrə bayram namazları vaсibdir. İki bayram namazı vardır: Biri Ramazan bayramı namazı, digəri də Qurban bayramı namazıdır. Bayram namazlarının vaxtı günəş çıxdıqdan təqribən 45 dəqiqə sonra başlayıb qaba quşluq vaxtına (günəşin tam təpə nöqtəyə gəldiyi vaxta) qədərdir.
RkJQdWJsaXNoZXIy NTY0MzU=