ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
141 1. Vaciblik, yəni bir müsəlmana fərz olmasının şərt- ləri. 2. Səhihlik, yəni сümə namazının səhih olmasının şərtləri. Сümə namazının vacib olmasının şərti yeddidir: 1. Kişi olmaq. (Qadın və hünsaya fərz deyil). 2. Azad olmaq. (Əsir və ya həbsdə olana fərz deyil). 3. Muqim olmaq. (90 km-dən uzaq yola gedənə fərz deyil). 4. Sağlam olmaq. (Namaza gedə bilməyəсək qədər xəstə olana fərz deyil). 5. Gözlərin sağlam olması. (Gözləri görməyənə fərz deyil). 6. Ayaqların sağlam olması. (Yeriyə bilməyən kim- səyə fərz deyil). 7. Namaza getməyə mane olan və getməməyi mübah edən bir üzrün olmaması. (Düşmən qorxusu, şiddətli yağ- mur, palçıq kimi şeylər cüməyə mane hallardır). Сümə namazının səhih olmasının şərti altıdır: 1. Сümə namazı qılınacaq yerin şəhər olması (icazə və bəraət verilən kəndlərdə də qılına bilər). 2. Əmir və ya onun vəkilinin qıldırması. 3. Zöhr namazının vaxtında qılınması. 4. Сamaatın qarşısında xütbə oxunması. 5. İmamdan başqa üç kişinin olması. 6. Сümə qılınan yerin hər kəsə açıq olması.
RkJQdWJsaXNoZXIy NTY0MzU=