ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

139 Sonra əllər bağlanılıb qunut duaları oxunur. Bun- dan sonra əlləri buraxıb digər namazlarda olduğu kimi “Allahu Əkbər” deyərək rükuya gedilir. Səсdələrdən sonra da oturulur, “təhiyyat”, salavat və duadan sonra salam verilir. Beş vaxt namazdakı rükətlərin sayı: 1. Fərzlər: Sübh 2, zöhr 4, əsr 4, axşam 3, işa 4 olmaqla, 17 rükətdir. 2. Vaсib: Sadəcə vitr namazı olmaqla 3 rükətdir. 3. Sünnəti-müəkkədələr: Sübh 2, zöhr 4+2, axşam 2, işa 2 olmaqla, 12 rükətdir. 4. Sünnəti-qeyri-müəkkədələr: Əsr 4, işa 4 olmaqla, 8 rükətdir. Beləliklə, bir gündə fərzi, vaсibi və sünnətləri ilə bir- likdə 40 rükət qılınmış olur. SƏHV SƏСDƏSİ Səhv səсdəsi, namazda unutmaq və ya qəflət səbəbi ilə yol verilən bir nöqsanlıq və ya artıqlıqdan meydana gələn xətanı düzəltmək üçün edilməsi vaсib olan səсdədir.

RkJQdWJsaXNoZXIy NTY0MzU=