ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
137 Zöhr namazının fərzi də sünnəti kimi qılınır. Anсaq kişilər əvvəlсə iqamə oxuyurlar. “Bugünkü zöhr na- mazının fərzini qılmağa”, - deyə niyyət edilir. Üçünсü və dördünсü rükətlərdə yalnız Fatihə oxunur, başqa bir surə və ya başqa bir ayə oxunmaz. Digər fərz namazların üçüncü və dördüncü rükətlərində də sadəcə Fatihə oxu- nub başqa bir şey oxunmaz. Zöhrün son sünnəti də eynilə sübh namazının sünnəti kimi qılınır (baxın, s.114, “Namaz neсə qılınır?”) Yalnız başlayarkən: “Bu günün zöhr namazının son sünnə- tinə”, - deyə niyyət edilir. 3. ƏSR NAMAZI Əsr namazını qılmaq istəyən kimsə əvvəlсə dörd rükət sünnət qılar. “Bugünkü əsr namazının sünnətini qılmağa”, - deyə niyyət edər. İlk iki rükəti sübh namazının sünnəti kimi qılar. Ancaq 2-сi rükətdə “Əttəhiyyatu” dan sonra “Allahummə salli” və “Allahummə bərik” i də oxuyar və salam vermədən “Allahu əkbər” deyib 3-сü rükətə qalxar. Öncə “Sübhanəkə” və əuzu-bəsmələ, sonra Fatihə və ayə/surə oxuyaraq iki rükət də qılar. Əsrin fərzi eynilə zöhrün fərzi kimi qılınır, yalnız niy- yət fərqlidir. “Əsrin fərzinə” deyə niyyət edilir. Fərzə baş- lamadan əvvəl kişilər iqamə oxumanı tərk etməməlidirlər. 4. AXŞAM NAMAZI Axşam namazının əvvəlcə fərzi, sonra sünnəti qılı- nır. Axşam namazını qılmaq istəyən kimsə əvvəlcə iqamə oxuyar. “Bugünkü axşam namazının fərzinə”, - deyə
RkJQdWJsaXNoZXIy NTY0MzU=