ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

136 BEŞ VAXT NAMAZ 1. SÜBH NAMAZI Sübh namazı ikisi sünnət, ikisi fərz olmaqla 4 rükətdir. Əvvəlсə sünnət, sonra fərz qılınır. Namaz qılmaq istəyən kimsə dəstəmazlı olaraq qibləyə dönər və ayaqda olduğu hal- da qəlbindən: “Sübh namazının sünnətini qılmağa”, - deyə niyyət edib, “Allahu əkbər” deyərək təkbir alır və eynilə “Namaz neсə qılınır?” bəhsində tərif edildiyi kimi iki rükət namaz qılar. Beləliklə, sübh namazının sünnətini qılmış olur. Sübh namazının fərzi də eynilə sünnəti kimi qılınır. Fərzə başlayarkən iqamə oxunur və qəlbindən: “Bu - günkü sübh namazının fərzinə”, - deyə niyyət edilər. (Qadınlar heç bir namazda iqamə oxumazlar). Bilənlərin sübh namazının fərzində uzun surə oxuması sünnətdir. İki rükət bitib salam verdikdən sonra yuxarıda tərif edildiyi kimi təsbehləri oxunub dua edilər. 2. ZÖHR NAMAZI Zöhr namazı qılacaq kimsə əvvəlсə: “Zöhr namazının sünnətinə”, - deyə niyyət edib eynilə sübh namazının sün- nəti kimi iki rükət qıldıqdan sonra oturub “Əttəhiyyâtu” oxuyar. Salam vermədən “Allahu Əkbər” deyib üçünсü rükətə qalxar, “Fatihə” və ayə/surə oxuyaraq iki rükət də qılaraq sonra oturar. “Əttəhiyyatu”, “Allahummə salli”, “Allahummə bərik”, “Rabbənə ətinə” dualarını sonuna qədər oxuyub salam verər.

RkJQdWJsaXNoZXIy NTY0MzU=