ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

115 (şəkil 5). Qadınlar kişilər qədər əyilməzlər (şəkil 6). Rü- kuda ən azı üç dəfə “Sübhanə rabbiyə’l-azım” deyilir. Rü- kuda ayaq barmaqlarına baxılır. Lakin baş əyilməz, düz tutulur. Rükudan sonra “Səmiallahu limən hamidəh” və “Rabbənə ləkə’l-hamd” deyərək qalxılır. Tam qalxdıqdan sonra “Allahu Əkbər” deyərək səcdəyə gedilir. Səcdəyə gedərkən əvvəlcə dizlər, sonra əllər, sonra da baş yerə qo- yulur. (Səcdədə alın ilə burunun yerin sərtliyini hiss etməsi şərtdir). Əl və ayaq barmaqları qibləyə tərəf çevrilir. Kişilər səcdədə dirsəklərini yanlara açıb qarınları- nı budlarından uzaqlaşdırır, ayaq barmaqlarının ucları isə qibləyə tərəf olur (şəkil 7). Qadınlar isə bunun ək- sinə, dirsəklərini yanlarına, qarınlarını da budlarının üstünə gətirər, ayaq barmaqlarını kişilər kimi qibləyə döndərməzlər. Ayaqlarını yatıraraq (şəkildə görüldüyü kimi) üstünü yerə gətirirlər (şəkil 8). Səcdədə üç dəfə “Sübhanə rabbiyə’l-alə” deyilir. Sonra “Allahu Əkbər” deyərək səcdədən qalxaraq dizlər üstündə oturuş vəziy- yətinə gəlinir. Bir dəfə “Sübhanəllah” deyəcək qədər gözlədikdən sonra “Allahu Əkbər” deyib ikinci səcdəyə gedilir. Bu səcdədə yenə üç dəfə “Sübhanə rabbiyə’l-alə” deyilir. “Allahu Əkbər” deyib ikinci rükətə qalxılır. Əl- lər əvvəlki kimi bağlanılır. Yalnız Bəsmələyi-Şərifə ilə Fatihəyi-Şərifə və bir surə və ya bir uzun ayə oxunur. Sonra eynilə birinci rükətdə olduğu kimi rüku və səcdə edilir. İkinci rükətin ikinci səcdəsindən sonra sol ayağı yerə döşəyib sağ ayağı dik tutaraq və barmaqları qibləyə döndərərək oturulur (şəkil 9). Qadınlar iki ayağını sağ tərəfdən çıxararaq budları üstündə otururlar (şəkil 10). “Əttəhiyyatu, Allahummə salli və Allahummə bərik...”, sonra da “Rabbənə ətinə” kimi dualar oxunur.

RkJQdWJsaXNoZXIy NTY0MzU=