ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
114 NAMAZ NECƏ QILINIR? Namaz qılan kimsə əvvəlcə üzərində və namaz qı- lacağı yerdə namazın səhih olmasına mane olacaq pislik cinsindən bir şeyin olmamasına diqqət edər. Dəstəmaz alıb qibləyə dönər. Qəlbini dünya düşüncələrindən mümkün mərtəbə uzaq tutar. Allahın mənəvi hüzurunda olduğunu yadından çıxartmaz. Qılacağı namaza qəlbi ilə niyyət edər. Məsələn: Qılacağı sübh namazının sünnətidirsə: “Niyyət etdim Allah rizası üçün bugünkü sübh namazının sünnətini qılmağa”, - deyə qəlbən niyyət edər. Əgər fərzini qılacaqsa: “Niyyət etdim Allah rizası üçün bu günün sübh namazının fərzini qılmağa”, - deyə qəlbən niyyət edər. Əgər nafilə namaz qılacaqsa: “Niyyət etdim Allah rizası üçün namaz qılmağa”, - deyə qəlbən niyyət edər. Sonra iki əlin barmaqlarını açıq tutub qiblə tərəfə döndərərək baş barmaqları qulaqlarının yumşağına dəyəcək qədər qaldırıb iftitah təkbirini alar. Yəni “Allahu Əkbər” deyər (şəkil 1). Qadınlar təkbir alarkən əllərini barmaq ucları çiyinləri sə- viyyəsinə gələcək şəkildə qaldırarlar (şəkil 2). Sonra kişilər sağ əlin içini sol əlin üstünə (çeçələ barmaq ilə baş barmaq sol əlin biləyində halqa təşkil ediləcək şəkil- də) qoyaraq əllərini göbək altında bağlayarlar (şəkil 3). Qa- dınlar sağ əli sol əlin üstünə və əllərini də sinələrinin üstünə qoyarlar. Gözlər səcdə yerinə baxar (şəkil 4). Əllər bağlandıqdan sonra “Sübhanəkə” və əuzu- bəsmələ ilə Fatihəyi-Şərifə oxunur. Sonunda “Amin” deyilir. Sonra bir surə və ya qısa bir surə uzunluğunda ən az bir ayə oxunur. Əllər yanlara buraxılıb “Allahu Əkbər” deyərək rükuya gedilir. Kişilər rükuda barmaqları açıq şəkildə əlləri ilə dizlərini tutar, baş və beli eyni səviyyədə saxlayarlar
RkJQdWJsaXNoZXIy NTY0MzU=