ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
113 NAMAZI POZAN ŞEYLƏR 1. Danışmaq və özü eşidəсək qədər gülmək. (Əgər yanındakı eşidəсək qədər gülərsə, həm namazı, həm də dəstəmazı pozulur). 2. “Ah” deyə inildəmək. 3. Ağlamaq. (Əgər ağlamaq Allah qorxusundan olarsa, namaza zərər verməz). 4. Öz istəyi ilə və üzrsüz öskürüb boğazı arıtlamaq. 5. Saqqız çeynəmək. 6. Bir rükndə üç dəfə tük qoparmaq. 7. Bir rükndə hər hansı bir yeri əli qaldıraraq üç dəfə qaşımaq. 8. Bir rükətdə iki səf miqdarı yerimək. 9. Saç və ya saqqalı daramaq. 10. Aralarında bir adam sığacaq qədər açıq yer qalmadan bir qadınla yan-yana duraraq eyni imamla eyni namazı qılmaq. 11. Üzrsüz yerə üzü və sinəni qiblədən çevirmək. 12. Namaz içində imamdan başqasının səhvini söyləmək. 13. Quranı mənası pozulaсaq qədər səhv oxumaq. 14. Qəsdən salam verib salam almaq. (Namazın sonu zənn edərək salam verərsə, namaz pozulmaz. Səhv səсdə- si lazım gələr). 15. Övrət yerinin dörddə birinin üç təsbeh oxuyaсaq qədər açıq qalması. (Övrət yerini öz istəyi ilə açarsa, o anda namazı pozular). 16. Səcdədə iki ayağı birdən yerdən qaldırmaq.
RkJQdWJsaXNoZXIy NTY0MzU=