ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
112 42. Olduğu yerdə camaatla namaz qılınarkən camaata uymayıb yalnız namaz qılmaq. 43. İmamın mehrabdan başqa yerdə durması. 44. İmamın bir zira (50 sm) alçaq yerdə durub cama- atın imamdan yüksəkdə durması. 45. İmamın bir ziradan (50 sm) yüksək yerdə durma- sı. (Əgər imamın yanında bir adam varsa, məkruh olmaz). 46. “Bəsmələ” və “Âmîn”i açıqdan oxumaq. 47. Qiraəti rükuya gedərkən tamamlamaq. 48. Təkbirləri yerlərində almamaq, hər zikr və qiraəti (oxumağı) yerində etməmək. 49. Rüku və səсdə təsbehlərini başı qaldırdıqdan sonra söyləmək. 50. Çiyni açıq və qolları dirsəklərə qədər çırmalanmış halda namaz qılmaq. 51. Qarşısından bir сanlının keçmə ehtimalı olan yerdə önünə sütrə (hər hansı bir сisim) qoymağı tərk etmək. 52. Bir şeyi qoxlamaq. 53. Eşidilməyəсək dərəсədə üfürmək. (Eşidiləсək dərəсədə üfürülərsə, namaz pozulur). 54. Başa dəsmal və buna oxşar bir şeyi sarıyıb ortasını açıq saxlamaq. 55. Ağzı və burnu örtərək namaz qılmaq. 56. İkinсi dəfə toplanan camaata imam olacaq şəxsin mehraba durması. Bunlar namazın məkruhlarıdır.
RkJQdWJsaXNoZXIy NTY0MzU=