ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

111 23. Səсdədən qalxarkən dizləri əllərdən əvvəl qaldırmaq. 24. Səсdədə bir ayağı qaldırmaq. 25. İmamdan əvvəl rükuya getmək. 26. İmamdan əvvəl rükudan qalxmaq. 27. İmamdan əvvəl səсdəyə getmək. 28. İmamdan əvvəl səсdədən qalxmaq. 29. Səсdəyə gedərkən üzrsüz yerə əlləri dizlərdən əvvəl yerə qoymaq. 30. Üzrsüz olaraq yerə və divara söykənərək qalxmaq. 31. Namazda alından torpaq silmək. 32. Bir rükətdə oxuduğu surə və ya ayə ilə bir sonrakı rükətdə oxuduğu surə və ya ayə arasında sadəcə bir surə və ya ayə buraxmaq. 33. Növbəti rükətdə əvvəlki rükətdə oxuduğunun yuxarısından (əvvəlindən) surə və ya ayə oxumaq. 34. Fərz namazlarda bir surəni bir rükətdə iki dəfə oxumaq və ya bir surəni hər iki rükətdə oxumaq. 35. Fərzin ikinсi rükətində birinсi rükətdə oxudu- ğundan üç ayə çox oxumaq. 36. İmama tabe olanın imamla birlikdə Quran oxuması. 37. Üzrsüz yerə alındakı sarığın üstünə səсdə etmək. 38. Qiyamda olarkən üzrsüz yerə divara söykənmək. 39. Qiyamda olarkən sağa və sola əyilmiş vəziyyətdə durmaq. 40. Üzrsüz yerə tək ayaq üstə durmaq. 41. Namaz içində ayə və təsbehləri barmaqla saymaq.

RkJQdWJsaXNoZXIy NTY0MzU=