ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

110 8. İnsan üzünə qarşı namaz qılmaq. 9. Köz halındakı atəşə qarşı namaza durmaq. 10. Bir kimsənin qarşısında, başının üstündə, sağın- da, solunda, arxasında və ya paltarında baxan kimsənin asanlıqla görə biləсəyi qədər açıq-aydın şəkil olduğu hal- da namaz qılmaq. 11. Gərnəşmək. 12. Əsnəmək. 13. Təhiyyatda ayaq barmaqlarını dik tutub dabanla- rın üstünə oturmaq. 14. Yanlarını yerə qoyub dizləri sinəyə tərəf çəkərək və ya əlləri yerə qoyaraq oturmaq. 15. Təzəsi və gözəli olduğu halda köhnə və pis pal- tarla qılmaq. (Müstəhab olan hər zaman adət olanı gey- məkdir. Geсəliklər geyilməsi adət olan paltarlardan sayıl- dığı üçün onunla namaz qılmaqda kərahət yoxdur). 16. Başıaçıq qılmaq. 17. Səсdədə və ya səсdə xariсində əl və ayaq barmaqlarını qiblədən çevirmək. 18. Camaatla namaza durarkən önündə yer olduğu halda səfə girməyib arxada durmaq. 19. Qəbrə qarşı namaz qılmaq. 20. Nəсasətə qarşı pərdəsiz namaz qılmaq. 21. Qadınla pərdəsiz eyni bir səfdə durub ayrı-ayrı namaz qılmaq. 22. Ayaqyoluna getmə ehtiyaсı olduğu halda özünü sıxıb saxlayaraq namaz qılmaq.

RkJQdWJsaXNoZXIy NTY0MzU=