ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
109 5. Rüku və səсdə təsbehlərini beş və ya yeddi dəfə oxumaq. 6. Alından əvvəl burunu yerə qoymaq. 7. Səсdədə burunun iki tərəfinə baxmaq. 8. Salamda çiyinlərə baxmaq. 9. Əsnəmə gəldiyi zaman ağzını tuta bilməzsə, sağ əlin içi və ya üstü, yaxud sol əlin üstü ilə tutmaq. 10. İmkan daxilində yaxşı və təmiz paltarla namaz qılmaq. 11. Sağa salam verərkən sağdakı camaat və mələklərə salam verməyə niyyət etmək. 12. Sola salam verərkən soldakı camaat və mələklərə salam verməyə niyyət etmək. 13. Tək qılarkən salamda Kiramən-katibin və Hafaza mələklərinə salam verməyə niyyət etmək. 14. Mümkün olduğu qədər öskürməməyə çalışmaq. NAMAZIN MƏKRUHLARI 1. Namaz içində sağa-sola baxmaq. 2. Paltar və ya bədəni ilə oynamaq. (Bədənə yapışan paltarı kiçik bir hərəkətlə silkələmək caizdir). 3. Barmaq çırtlatmaq. 4. Səсdə yerindəki daşları təmizləmək. 5. Əli böyrə qoymaq. 6. Bir yerini bir və ya iki dəfə qaşımaq. (Namazda burun axıntısını silmək yerə axıtmaqdan yaxşıdır). 7. Üzrsüz yerə bardaş qurmaq.
RkJQdWJsaXNoZXIy NTY0MzU=