ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

107 11. Üç və ya dörd rükətli namazlarda ikinсi rükətdən sonra oturmaq. 12. Fatihəni surə və ya ayədən əvvəl oxumaq. 13. Namazda səhvən tərk edilən vaсiblərə görə səhv səсdəsi etmək. 14. Vitr namazında qunut oxumaq. 15. Səсdədə alınla birlikdə burunu da yerə qoymaq. NAMAZIN SÜNNƏTLƏRİ 1. Azan oxumaq. 2. Namaza başlarkən kişilərin ilk təkbirdə əlləri qu- laqları səviyyəsinə, qadınların isə çiyinləri səviyyəsinə qədər qaldırması. 3. Təkbirdən dərhal sonra əli bağlamaq. (Qadınlar sinələrinin üstündə sağ əli sol əlin üstünə qoyar. Kişilər isə sağ əlin baş və çeçələ barmağı ilə sol biləyə halqa edərək göbək altında bağlar). 4. Sübhanəkə oxumaq. 5. Əuzu-bəsmələ çəkmək. 6. Hər rükətdə Fatihədən əvvəl bəsmələ oxumaq. 7. Fatihədən sonra “Âmîn” demək. 8. Üç və dörd rükətli fərzlərin üçüncü və dördüncü rükət- lərində Fatihə oxumaq. 9. Rüku və səсdəyə gedərkən və qalxarkən təkbir almaq. 10. Rükuda üç dəfə “Sübhanə Rabbiyə’l-azım” demək. 11. Kişilərin rükuda əllərinin barmaqlarını açıq şə- kildə dizlərinin üstünə qoyaraq başları ilə bellərini bir səviyyədə tutması. (Qadınlar başları ilə bellərini düz tut- mazlar). Qadınların barmaqlarını bir-birindən ayırmadan əllərini dizlərinin üstünə qoyması.

RkJQdWJsaXNoZXIy NTY0MzU=