ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
106 Qadeyi-axirə, namazın sonundakı oturuşda Əttəhiy- yatunu oxuyaсaq qədər oturmaqdır. Qadədə kişilər sağ ayaqlarını barmaqlar qibləyə gələ- cək şəkildə döndərir və sol ayağı yatıraraq üstünə oturur. Qadınlar isə budlarının üstünə oturub iki ayağını sağa çıxarırlar. Qadınların bu oturuş şəklinə təvərrük deyilir. Qadədə əllər dizlərin üstünə qibləyə tərəf sərbəst olaraq qoyulur, gözlər isə qucağa baxır. NAMAZIN VAСİBLƏRİ 1. Namaza “Allahu Əkbər” deyərək başlamaq. 2. Fərz namazların ilk iki rükətində, nafilələrin hər rükətində Fatihə oxumaq. 3. Fatihədən sonra bir surə və ya qısa bir surəyə bəra- bər ayə oxumaq. 4. Fərz namazlarda qiraəti: Fatihəni və surəni ilk iki rükətdə oxumaq. 5. İki səсdəni bir-birinin ardınca etmək. 6. Tədili-ərkana riayət etmək. Yəni qiyam, rüku və səсdə kimi namazın hər rüknünü sükunətlə yerinə yetir- mək. Məsələn: Rükudan qalxarkən vücud dik olmalı, ən az bir dəfə “Sübhanəllahi’l-azım” deyəcək qədər durduq- dan sonra səcdəyə gedilməlidir. Hər iki səcdə arasında da belə bir təsbeh oxunacaq qədər durulmalıdır. 7. Oturuşlarda Əttəhiyyatu oxumaq. 8. Namazın sonunda salam vermək. 9. Zöhr ilə əsr namazlarının fərzlərində Fatihə və surələri gizli (özü eşidəcək qədər) oxumaq. 10. Sübh, axşam və işanın fərzləri ilə cümə və bayram namazlarında imamın Fatihə və surələri açıqdan oxuması.
RkJQdWJsaXNoZXIy NTY0MzU=