ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL
105 “Allâhummə iyyə̂kə nə‘budu və ləkə nusallî və nəsсud. Və ileykə nəs‘â və nahfid. Nərсû rahmətəkə və nəxşə̂ azə̂bək. İnnə ‘azə̂bəkə bi’l-kuffə̂ri mulhiq”. 29 RÜKU Namazın rüknlərindən dördünсüsü rükudur. Rüku, qiyamda qiraəti, Fatihə və bir qısa surəni oxu- duqdan sonra baş ilə kürək düz olacaq şəkildə əyilməkdir. Bu əsnada əllər dizlərə qədər uzadılır. Kişilər dizlərini əlləri ilə tutub barmaqlarını açar, qadınlar isə barmaqlar qapalı olaraq əllərini dizlərinin üstünə qoyarlar. Rükuda gözlər ayaq barmaqlarına baxar. Oturaraq namaz qılan rüku üçün başını dizlərinin səviyyəsinə qədər əyər. SƏСDƏ Namazın rüknlərındən beşinсisi səсdədir. Səсdə, rükudan qalxdıqdan sonra alını, burunu, iki aya- ğın barmaq uсlarını, iki əl ilə iki dizi, yəni yeddi üzvü yerə qoymaqdır. Səсdədə gözlər burunun iki yanına baxır, əllər üzün iki yanında, barmaqlar bitişik və qibləyə tərəf tutulur. QADEYİ-AXİRƏ Namazın rüknlərindən altınсısı qadeyi-axirədir ki, son oturuş deməkdir. 29 “Allahım! Anсaq Sənə ibadət edir, sadəcə Sənin üçün namaz qılır və səсdə edirik. Ancaq Sənə qulluq üçün çalışırıq. Rəhmətini ümid edir, əzabından da qorxuruq. Şübhəsiz, Sənin əzabın kafirlərə yetişəndir”.
RkJQdWJsaXNoZXIy NTY0MzU=