ŞƏKİLLİ MÜXTƏSƏR ELMİHAL

9ْْ ÖN SÖZ İnsanlığı və bütün aləmləri böyük bir hikmət və qayə ilə yaradan Allahu Təalaya sonsuz həmd və sənalar olsun! Kainata ən böyük rəhmət, ən böyük şəfaətçi və ən bö- yük Peyğəmbər olaraq göndərilən Muhamməd Mustafa salləllahu aleyhi və səlləmə, onun əlinə, əshabına və bütün ona tabe olanlara salat və salam olsun! Elmihal: Müsəlmanların inanc və ibadətlə əlaqəli öy- rənmələri lazım gələn məsələləri bildirən elmdir. Peyğəmbər Əfəndimiz (s.a.v): “Elm öyr ə nm ə k h ə r müs ə lman kişi və qadına f ə rzdir”, - buyurmuşlar. Kainatın Əfəndisinin bu mübarək sözləri ilə müsəlmanlara fərz ol- duğunu bildirdiyi elm, şübhəsiz ki, onların dünya və axirət səadətini qazanmalarına faydalı olan “Elmihal”dır. Buna görə də hər bir müsəlman kişi və qadının inanc və ibadət baxımından özünə lazım olan məsələləri öyrənməsi fərzdir. “Zərurəti-diniyyə” adlanan bu mühüm mövzuları öyrənib inanmadıqca, insan tam və kamil bir müsəlman ola bilməz. Bir müsəlmanın təməl məsələləri asanlıqla öyrənib yadında saxlaya bilməsinə yardımçı olmaq məqsədilə Hənəfi məzhəbi üzrə bu elmihal hazırlandı. Allahu Təala rizasına müvafiq buyursun! Amin.

RkJQdWJsaXNoZXIy NTY0MzU=